83, 81, 73 yaşında ata olan DÜNYA ULDUZLARI - SİYAHI
Bəzi dünya məşhurları ahıl yaşında ata olublar. Bunlar arasında məşhur aktyor və müğənnilər var. Onların sayı az olsa da, kiçik statistika yer alan məşhurlardan ən böyüyü 83 yaşındadır.
BAKU.WS xarici KİV-ə istinadən 70 yaşdan sonra ata olan məşhurların siyahısını təqdim edir:
Aktyor Çarli Çaplin
O 73 yaşında ata olub. Övladı Kristofer Çaplin 1962-ci ildə dünyaya gəlib. Çaplin yetkin yaşlarında dəfələrlə övlad sahibi olub. Lakin o da 70+ yaşında ata olan ən məşhur şəxslər sırasındadır.
Müğənni Mik Caqqer
Sənətçi 73 yaşında ata olub. Onun övladı Deveraux Jagger 2016-cı ildə doğulub.
Aktyor Robert De Niro
O 79 yaşında ata olub. Aktyorun övladı Gia Virginia De Niro 2023-cü ildə doğulub. Yaşına baxmayaraq karyerası və şəxsi həyatı aktiv qalan məşhurlardandır.
Aktyor Al Paçino
Al Paçino 83 yaşında ata olub. Onun oğlu Roman Paçino 2023-cü ildə doğulub. Hollivudun əfsanəsi də ən gec ata olan məşhurlardandır.
Aktyor Entoni Kvinn
O 81 yaşında ata olub. Geniş ailə sahibi olan meksikalı–amerikalı aktyor çox gec yaşlarında övlad sahibi olub.
Oxşar xəbərlər
"Emmy"nin ən yaxşıları bəlli oldu - Siyahıda "Deha" serialı da var
Hər il olduğu kimi bu ildə prestijli "Emmy" mükafatlarının təqdimetmə mərasimi baş tutub. BAKU.WS xəbər verir ki, film və serial sahəsində ən yaxşıların seçild...