Tənqidlərə cavab verdi: "Görünüşümə görə niyə siz məndən çox narahatsınız?"
Aktrisa Ülviyyə Xəlilbəyli görünüşü ilə bağlı onu tənqid edənlərə cavab verib.
BAKU.WS xəbər verir ki, aktrisa arxiv görüntüsünü bəyənməyənlərə bərk əsəbiləşib. O sosial şəbəkədə bununla bağlı paylaşım edib.
Ülviyyə illər əvvəl rol aldığı "Vicdan haqqı" serialdan olan görüntülərini paylaşaraq bu sözləri yazıb:
"Bu serialda çəkiləndə çox gənc idim. Hər şeyə yeni başladığım vaxtda hər linç, hər kobud söz qəlbimi dərindən yaralayırdı. Həssas idim, incəydim, özümü qorumağı bacarmırdım. Üzümün kilolu olmağına görə o qədər linç edilirdim ki... O zamanlar sosial şəbəkələrdə "üzündə gel var" deyib yazılan şərhlərlə dolub-daşırdı. Sonra arıqladım, əməliyyat oldum, bu dəfə də keçmişdəki halımı tərifləyib məni yenə linç etdiniz. Hətta bəzən köhnə şəkillərimi paylaşıram, onu belə yeni kimi qəbul edib "nə gündəsən?" yazırsınız. Halbuki o şəkillər illər əvvəl çəkilib. Sanki əzbərləmisiniz sözləri. Ən çox da məni bu düşündürür ki, mənim görünüşümə görə siz niyə məndən çox narahatsınız? Hər halımla sevənlərimin yeri qəlbimdə xüsusi yerdədir. Arxamla danışan sənət yoldaşlarımdan hələ danışmıram. Bu qədər önəmsədiyiniz üçün minnətdaram".
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...