"Emmy"nin ən yaxşıları bəlli oldu - Siyahıda "Deha" serialı da var

Emmynin ən yaxşıları bəlli oldu - Siyahıda Deha serialı da var
Foto
Şou-biznes 92

Hər il olduğu kimi bu ildə prestijli "Emmy" mükafatlarının təqdimetmə mərasimi baş tutub.

BAKU.WS xəbər verir ki, film və serial sahəsində ən yaxşıların seçildiyi gecə 53-cü dəfə Nyu Yorkda keçirilib.

"Emmy" ən çox namizəd göstərilənlər Böyük Britaniyadan olan aktyorlar olub.

İspaniyalı aktyor Oriol Pla "Ən yaxşı aktyor" nominasiyasında qalib olub. O bu mükafatı rol aldığı "I, Addict" serialına görə əldə edib.

Aktrisa Anna Maksvell Martin isə "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub. O "Until I Kill You" serialındakı roluan görə "Emmy" alıb.

"Ən yaxşı komediya serialı" kateqoriyasında "Ludwig", "Ən yaxşı dram serialı" kateqoriyasında isə "Rivals" "Emmy"yə layiq görülüblər. Mükafatlar ekran işlərinin heyətlərinə təqdim edilib.

Peddi Uiivellin rejissor kürsüsündə əyləşdiyi "Hell Jumper" "Ən yaxşı sənədli film" kateqoriyasında mükafata layiq görülüb.

"İdman üzrə ən yaxşı sənədli film" kateqoriyasında mükafata isə "It"s All Over: The Kiss That Changed the Spanish Football" layiq görülüb. Mükafat sənədli filmin heyətinə təqdim edilib.

"Telenovela" kateqoriyasında ən yaxşı serial isə aktyor Aras Bulut İynemlinin baş rolunu oynadığı "Deha" serialı olub. Onu da bildirək ki, "Telenovela" Latın Amerikası ölkələrində yayımlanan melodram janrlı serialların kateqoriyasıdır.

Son xəbərlər