Azərbaycanlı müğənninin oğlu nişanlandı - Gəlininə 7000 AZN-lik nişan üzüyü aldı
25
noy
2025
17:23
Bu gün müğənni Tacir Şahmalıoğlunun müğənni oğlu Şahmalının nişan mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, nişandan əvvəl bir çox telekanallar hazırlıq prosesini çəkmək üçün sənətçinin evindən canlı bağlantı ediblər.
Şahmalı Aytac adlı xanımla nişanlanıb. Onun sözlərinə görə cütlük 5 ay əvvəl tanış olub və nişanlanmaq qərarına gəlib.
Görüntülərdə Şahmalının nişanlısına aldığı üzük və nişan xonçaları nümayiş olunub.
Tacir Şahmalıoğlu gəlini Aytaca 7000 AZN dəyərində, bahalı markaya məxsus nişan üzüyü alıb.
Tacir Şahmalıoğlu mayın 15-də övladına toy edəcəyini bildirib.
Oxşar xəbərlər
Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı
Hollivud aktyoru Riçard Girin həyat yoldaşı Alehandra Gir ailəsi ilə birlikdə çəkdirdiyi nadir fotonu sosial şəbəkədə paylaşıb. BAKU.WS xəbər verir ki, fotoda A...