"Changan" "Hyundai" şirkətinin Çindəki zavodunu alıb
Avtomobil konserni "Changan" Çuntsin şəhərində yerləşən "Hyundai "zavodunun alınmasını tamamlayıb. Müəssisə Changan-ın tərkibinə daxil olan "Deepal "markasının modellərinin istehsalı üçün istifadə olunacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə carnewschina.com məlumat yayıb.
Bildirilir ki, aktivin yekun satış qiyməti 1,62 milyard yuan (təxminən 228 milyon dollar) təşkil edib. "Deepal" nümayəndələri zavod üçün planlarının olduğunu desələr də, burada hansı modelin istehsal olunacağını və istehsalın nə vaxt başlayacağını açıqlamayıblar.
"Deepal" artıq Nankin və Pekində böyük istehsal güclərinə malikdir. Yeni zavodun əlavə olunması markanın istehsal imkanlarını genişləndirir. Belə ki, şirkət artıq satışlarını artırıb. 2024-cü ilin oktyabrında 36 792 avtomobil satılıb, yanvar–oktyabr dövründə ümumi satış həcmi isə ötən illə müqayisədə 57,1% artıb.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...