ABŞ Maduronu rəsmi şəkildə terrorçu elan etdi
ABŞ Venesuela Prezidenti Nikolas Maduronu "Cartel de los Soles" adlı narkotik qaçaqmalçılığı şəbəkəsinin rəhbəri kimi tanıyaraq onu rəsmi şəkildə terror təşkilatı lideri elan edib. İttihamlar 24 noyabr 2025-ci il tarixindən qüvvəyə minib.
BAKU.WS xəbər verir ki, məlumata görə, ABŞ Dövlət Departamenti Maduro haqqında məlumat verən şəxslərə 50 milyon dollar mükafat təyin edib. Bu məbləğ ABŞ tarixində bir nəfər üçün müəyyən olunmuş ən yüksək pul mükafatı hesab olunur.
CNN Türkün müxbiri Yunus Paksoyun bildirdiyinə görə, ABŞ rəsmiləri Maduronun "Günəşlər Karteli" kimi tanınan narkotik şəbəkəsinə rəhbərlik etdiyini iddia edir. Bu barədə məlumat ABŞ-nin rəsmi qəzetində dərc olunub və Dövlət Departamentinin saytına yerləşdirilib. Bununla da Maduro ABŞ qanunvericiliyinə əsasən "qlobal terrorçu" statusu alıb.
Eyni zamanda ABŞ mediası bölgədə gərginliyin artdığını və Venesuelaya qarşı mümkün hərbi əməliyyatın "artıq an məsələsi" olduğunu yazır.
Vaşinqtonun qərarı ilə Maduronun tutulmasına və ya məhkəməyə çıxarılmasına səbəb olacaq istənilən informasiya üçün 50 milyon dollarlıq mükafat nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ indiyədək heç bir şəxs üçün bu qədər yüksək məbləğ təklif etməmişdi.
Oxşar xəbərlər
Bu ölkədə koronavirus peyvəndlərinin 17 milyon dozası məhv edilib
Rumıniya hakimiyyəti 17 milyon müddəti bitmiş COVID-19 peyvəndi dozasını məhv edib. BAKU.WS xəbər verir ki, bu barədə yerli "G4Media" portalı məlumat yayıb. Mə...