BMT Tramp və Putin arasındakı telefon danışığını müsbət qiymətləndirib
BMT ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirib.
"Report"un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bu danışığı Rusiya – Ukrayna münaqişəsinin həlli yolunda atılmış müsbət addım olduğunu deyib.
"Birləşmiş Ştatlar və Rusiya Federasiyasının qlobal önəmini nəzərə alaraq, BMT problemlərin həlli istiqamətində müntəzəm təmasları və bu cür diplomatik səyləri alqışlayır. Təbii ki, bu, müsbət bir haldır", – o bildirib.
Xatırladaq ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov tərəflər arasında telefon danışığının baş tutduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...