Avropa liderləri Donald Trampdan şikayətləndilər
Avropa İttifaqı ölkələrinin rəhbərləri ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya–Ukrayna münaqişəsinin həlli üzrə aparılan sülh danışıqları barədə onları məlumatlandırmadığından şikayətləniblər.
BAKU.WS xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti Avropa İttifaqındakı (Aİ) yüksəkvəzifəli mənbələrə istinadən yazıb.
Nəşr yazdığına əsasən, Trampın yanaşmasına görə Avropa liderləri daim məlumatsız durumda qalır, baş verən son hadisələri yalnız sızmalar və xəbərlər vasitəsilə öyrənirlər.
WP-yə danışan Avropa İttifaqının Təhlükəsizlik Araşdırmaları İnstitutunun analitiki və NATO siyasəti üzrə keçmiş müşaviri Cuzeppe Spatafora bildirib ki, bu fikir Avropa liderləri arasında getdikcə daha geniş yayılır.
Ekspertin sözlərinə görə, avropalılar yeni reallığa uyğunlaşmalıdırlar.
Bundan əvvəl "Der Spiegel" yazmışdı ki, Fransanın prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrix Mers Trampa dərin etimadsızlıq göstərirlər. Makron və Mersin Ukrayna lideri Vladimir Zelenski ilə söhbətlərinin stenoqramına görə, onlar həmkarları ilə Ukraynanın xəyanətə uğrama ehtimalının mövcud olduğunu bölüşüblər.
Oxşar xəbərlər
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələrindən ŞOK GÖRÜNTÜLƏR
İran ABŞ bazalarına qarşı keçirdiyi "Nəsr-2" əməliyyatının 17-ci dalğasından 20-ci dalğasınadək olan zərbələrin görüntülərini yayıb. BAKU.WS xəbər verir ki, bu...