ABŞ-yə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğradı
ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) məxsus F-16 tipli qırıcı təyyarə Kaliforniyanın cənubunda qəzaya uğrayıb. Təyyarənin pilotu təhlükə anında kabinədən çıxaraq xilas olmağa nail olub və xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Nellis Hərbi Hava Qüvvələri Bazası məlumat yayıb. Bildirilib ki, qəza USAF-ın "Thunderbirds" (Şimşək quşları) akrobatik uçuş komandasına məxsus F-16C Fighting Falcon təyyarəsinin Trona Hava Limanı yaxınlığında düşməsi nəticəsində baş verib.
San-Bernardino Yanğınsöndürmə Departamentinin açıqlamasında qeyd edilib ki, qəza baş verməzdən əvvəl pilot özü kabinədən firlatma mexanizmi vasitəsilə çıxaraq xilas olub.
Məlumata görə, təyyarə Los-Ancelesdən təxminən 290 kilometr şimalda yerləşən Trona bölgəsində "Kaliforniyanın nəzarət olunan hava məkanında" təlim uçuşu həyata keçirirmiş.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Dünyanın ən düz yolu - 240 km
Ginnes Rekordlar Kitabına görə, dünyanın ən uzun düz asfalt yolu Suudi Ərəbistandakı "Highway 10"dur. BAKU.WS xəbər verir ki, yol 240 kilometr boyunca çölün or...