ABŞ-nin vitse-prezidenti Rusiya ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi şərtini açıqlayıb
ABŞ və Rusiya arasındakı münasibətlər Ukraynadakı münaqişənin həll olunacağı təqdirdə yenidən nəzərdən keçirilə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey-Di Vens The Wall Street Journal-a (WSJ) müsahibəsində bildirib.
"Vens Ukrayna ilə bağlı uğurlu razılaşma əldə olunacağı halda Rusiya ilə münasibətləri yenidən qurmağı təklif edib", – deyə nəşrin materialında qeyd olunub.
ABŞ-nin vitse-prezidenti vurğulayıb ki, prezident Donald Trampın administrasiyası Rusiyanı münaqişəni davam etdirməkdənsə, sülh danışıqları yolu ilə daha çox şey əldə edəcəyinə inandırmağa çalışacaq.
Bundan əlavə, Vens qeyd edib ki, ABŞ hakimiyyəti Ukraynaya qoşun göndərmə ehtimalını və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi istisna etmir.
Oxşar xəbərlər
Texasda təyyarə qəzasında beş nəfər ölüb
Bu gün gecə saatlarında Ostin (Texas ştatı, ABŞ) yaxınlığında kiçik "Cessna 421C" təyyarəsinin qəzaya uğraması nəticəsində beş nəfər ölüb. BAKU.WS "Report"a ist...