ABŞ Maliyyə Naziri: İranla müharibə üçün kifayət qədər pul var
ABŞ-nin İranla müharibə üçün kifayət qədər pul var.
BAKU.WS "NBC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
O vurğulayıb ki, ABŞ hökumətinin İrana qarşı müharibəni maliyyələşdirmək üçün bol pulu var.
Skott Bessent onu da bildirib ki, gələcəkdə ordunun yaxşı təchiz olunmasını təmin etmək üçün ABŞ Konqresindən əlavə maliyyələşdirmə tələb edir.
Bessent müharibəni maliyyələşdirmək üçün vergi artımlarının edilməsini də istisna edir.
"Bu müharibəni maliyyələşdirmək üçün kifayət qədər pulumuz var. Prezident Tramp birinci müddətində etdiyi kimi, indi də ordunu qurub və gələcəkdə ordunun yaxşı təchiz olunmasını təmin etmək istəyir" -deyə, Bessent bildirib.
Oxşar xəbərlər
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
Kolumbiyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 273 nəfərə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Paytaxt Şəhərl...