ABŞ-də hərbi təyyarə dağa çırpıldı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 "Hornet" qırıcı təyyarəsi Vaşinqton ştatında keçirilən təlim zamanı dağa çırpılıb.
BAKU.WS xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə meşəlik ərazidə baş verib. Qəza nəticəsində yanğın başlasa da, hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə söndürə biliblər.
Bildirilib ki, qırıcı planlı təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Təyyarənin pilotu toqquşmadan əvvəl katapult etməyə müvəffəq olub və yüngül xəsarətlər alıb.
Hazırda pilotun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bundan əvvəl də ABŞ-yə məxsus hərbi təyyarələrdən biri Ərəbistan yarımadası yaxınlığında uçuş zamanı qəza siqnalı vermiş və onunla əlaqə kəsilmişdi.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...