Bakıda dəhşətli hadisə: Keçmiş həyat yoldaşı və qayınanasını öldürdü
14
iyn
2026
11:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.
Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V.Lütfəliyev özünü öldürüb.
Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...