2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Cənubi Koreya alimləri təxminən 2 min ildir itmiş hesab olunan əfsanəvi qızılı parçanı yenidən hazırlamağa nail olublar.
BAKU.WS xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb.
Məlumata görə, tarixdə "bisson" adı ilə tanınan qızılı parça əsrlər boyu dünyanın ən qiymətli tekstil nümunələrindən biri hesab edilib. Bu material əsasən imperatorlar, papalar və digər yüksək statuslu şəxslər üçün hazırlanırdı.
Pohanq Elm və Texnologiya Universitetinin professorları Donq Su Hvanq və Cimin Çoyun rəhbərlik etdiyi tədqiqat qrupu "Atrina pectinata" növünə aid mollyusklardan istifadə etməklə qədim bissonu xatırladan qızılı lif əldə edib. Alimlər eyni zamanda bu liflərin parlaq qızılı rənginin illər keçsə də niyə dəyişmədiyini də müəyyənləşdiriblər.
Araşdırmaya görə, qədim Roma dövründə bisson nəcib pinna adlanan dəniz mollyuskunun ifraz etdiyi bissus saplarından hazırlanırdı. Lakin dənizlərin çirklənməsi və ekoloji problemlər səbəbindən bu növ məhv olmaq təhlükəsi ilə üzləşib. Buna görə də Avropa İttifaqı onun ovlanmasını qadağan edib və nəticədə orijinal bisson son dərəcə nadir materiala çevrilib.
Yeni alternativ axtaran tədqiqatçılar müəyyən ediblər ki, "Atrina pectinata"nın lifləri fiziki və kimyəvi xüsusiyyətlərinə görə qədim materialın hazırlanmasında istifadə olunan bissus saplarına olduqca yaxındır. Bu oxşarlıq əsasında onlar bissonun görünüşünü uğurla təkrarlayan yeni material hazırlayıblar.
Alimlərin sözlərinə görə, parçanın qızılı rəngi boya maddələrindən deyil, "struktur rənglənməsi" adlanan fiziki prosesdən yaranır. Bu zaman liflərin mikroskopik quruluşu işıqla qarşılıqlı təsirə girərək davamlı və solmayan qızılı çalar əmələ gətirir.
Oxşar xəbərlər
ABŞ-də hərbi təyyarə dağa çırpıldı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 "Hornet" qırıcı təyyarəsi Vaşinqton ştatında keçirilən təlim zamanı dağa çırpılıb. BAKU.WS xəbər verir ki, bu barədə CB...