Zelenski və Tramp G7 sammitində iştirak edəcəklər
Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək G7 ("Böyük Yeddilik") sammitində iştirak edəcəklər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd olunub ki, dəvət olunmuş liderlərin, o cümlədən Ukrayna Prezidentinin iştirakı ilə sessiyalar iyunun 16-na planlaşdırılıb. G7 ölkələrinin liderləri və Zelenskinin Rusiyanı müharibənin başa çatdırılmasına dair danışıqlara necə sövq etmək barədə ümumi yanaşmanı müzakirə edəcəkləri gözlənilir.
Bununla belə, tədbir çərçivəsində Zelenski və Tramp arasında ikitərəfli görüş nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Ukrayna Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etdi
Ukrayna Ali Radası Türkiyə ilə imzalanmış Azad Ticarət Sazişini (STA) ratifikasiya edib. Sazişin iki ölkə arasında ticarətin böyük hissəsini liberallaşdıracağı...