"Böyük borca girdim, maşınımı, evimi satmalı oldum" - Müşviq Şahverdiyev yaşadığı çətinliklərdən danışdı
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı aktyor Müşviq Şahverdiyev olub.
Aktyor həyatının ən ağır dönəmində yumorun onun üçün bir müalicə olduğunu bildirib:
"My Name Is İntiqam 2" filmi çəkiləndə böyük borca girdim. Maşınımı, evimi satmalı oldum. Daha sonra çıxış yolu axtarmağa başladım. Şirkətlərdən biri ilə müqavilə bağlayıb filmlərə çəkildim və bütün borclarımı qaytardım. Həmin çətin vaxtlarda gülüş mənim üçün əsl müalicə oldu".
Müşviq Şahverdiyev yerli kino sənayesindəki böhrandan və tamaşaçı qıtlığından da gileylənib:
"My Name Is İntiqam 2" filminin üstündən 10 ildən çox vaxt keçib. Hər il vəziyyətin düzələcəyinə ümid etsək də, hər şey daha da pisləşdi. 10 illik fasilədən sonra öz büdcəmiz hesabına "Qurd dişi" adlı bir film çəkdik. Amma çətinliklərlə ərsəyə gələn bu ekran işindən də qazanc əldə edə bilmədik. Səbəb olaraq isə əvvəllər bizim filmləri izləyən tamaşaçıların artıq kinoteatrlara gəlmədiyini bildirdilər. Dedilər ki, bayağı komediya janrında olan filmlərə görə tamaşaçılar kinoteatrlardan küsüblər. İnsanlar artıq evdə oturub onlayn platformalarda film izləməyə üstünlük verirlər".
Oxşar xəbərlər
Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı
"O vaxtlar" verilişinin budəfəki qonağı Nardaran sakini Mahmud Əliyev olub. O, verilişdə uşaqlıq illərindən, zərgərlik sənətinə gəlişindən, Brejnevə hədiyyə edi...