Pakistanda leysan yağışları can aldı: Ölən və yaralananlar var
Pakistanın Xayber-Paxtunxva əyalətində yağan güclü yağışlar faciə ilə nəticələnib. Dam və divarların çökməsi nəticəsində 7 nəfər ölüb, 33 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, ölənlər arasında iki uşağın da olduğu bildirilir.
Məlumata görə, leysan yağışları Bannu, Şanqla və Mansehra şəhərlərində ciddi fəsadlar törədib. Hadisələr zamanı dağıntılar altında qalan yaralılar xəstəxanalara çatdırılıb və onların müalicəsi davam etdirilir.
Pakistanın Əyalət Fövqəladə Halların İdarəetmə Agentliyi (PDMA) bölgədə hava şəraitinin qeyri-sabit olaraq qaldığını və sel təhlükəsinin artdığını açıqlayıb. Bununla əlaqədar Swat, Upper Dir, Kohistan, Buner və bir sıra digər ərazilər üçün xəbərdarlıq edilib.
Qurum vətəndaşlara çay və çay yataqlarından uzaq durmağı tövsiyə edib.
Səlahiyyətli şəxslər yağışların davam edə biləcəyini bildirərək, sel və torpaq sürüşməsi riskinə qarşı bütün aidiyyəti qurumların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini vurğulayıblar.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...