Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət
Dünya bazarında qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur.
Bəs bu proses Azərbaycanın qızıl bazarına necə təsir edir?
Mütəxəssislərin sözlərinə görə, ölkədə qızıl məmulatlarının qiymətləri əsasən idxal xərcləri, emal prosesi, ticarət obyektlərinin maya dəyəri və satış strategiyalarından asılı olaraq formalaşır.
Ekspert Rövşən Əmircanov bildirib ki, daxili bazarda qiymətlərin yüksəlməsi istehlakçı davranışlarında müəyyən dəyişikliklərə səbəb olur:
"Belə şəraitdə alıcılar daha aşağıçəkili, gündəlik istifadə üçün nəzərdə tutulan və nisbətən əlçatan qiymət seqmentinə aid məmulatlara üstünlük verirlər. İriçəkili, investisiya məqsədli və mərasim xarakterli məhsulların alınmasında isə daha ehtiyatlı qərarlar verilir".
BAKU.WS mövzu ilə bağlı daha ətraflı məlumatı Azərbaycan Televiziyasına (AzTV) istinadən təqdim edir:
Oxşar xəbərlər
Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib
2026-cı il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib. BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnki...