İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu
İtaliyada keçmiş general Roberto Vannacci yeni siyasi partiya yaradaraq Baş nazir Ciorcia Meloniyə qarşı siyasi mübarizəyə başlayıb.
BAKU.WS xəbər verir ki, Vannacci "Futuro Nazionale" adlı yeni ifrat sağçı partiyanın qurulduğunu elan edib. O, növbəti seçkilərdə Meloninin əsas rəqiblərindən biri olmağa iddialıdır.
Məlumata görə, keçmiş general daha sərt millətçi və Avropa İttifaqına qarşı mövqeyi ilə tanınır. Onun rəhbərlik etdiyi siyasi hərəkat miqrasiya siyasətinin sərtləşdirilməsi, qeyri-qanuni miqrantların geri göndərilməsi və İtaliyanın Aİ siyasətinə yenidən baxılması kimi çağırışlarla çıxış edir.
Vannacci çıxışlarında Meloninin əvvəlki vədlərini yerinə yetirmədiyini iddia edərək, onun seçici bazasını hədəf alan siyasi xətt yürüdür.
Yeni partiyanın iqtisadi proqramında Avrozonaya üzvlüyün yenidən müzakirəsi, yaşıl enerji siyasətindən imtina və nüvə enerjisinin bərpası kimi təkliflər yer alır. Eyni zamanda vergi güzəştləri və təhlükəsizlik siyasətinin sərtləşdirilməsi də əsas prioritetlər sırasındadır.
Qeyd edək ki, siyasi analitiklər yeni partiyanın sağ blok daxilində güc balansını dəyişə biləcəyini istisna etmirlər.
Oxşar xəbərlər
ABŞ-də hərbi təyyarə dağa çırpıldı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 "Hornet" qırıcı təyyarəsi Vaşinqton ştatında keçirilən təlim zamanı dağa çırpılıb. BAKU.WS xəbər verir ki, bu barədə CB...