Hemilton "Ferrari" ilə ilk qələbəsini qazandı – Barselonada Qran-pri başa çatdı

Hemilton Ferrari ilə ilk qələbəsini qazandı – Barselonada Qran-pri başa çatdı
Dünya 8

"Ferrari"nin britaniyalı pilotu Lüis Hemilton 2026-cı il "Formula-1" üzrə dünya çempionatının 7-ci mərhələsi olan Barselona-Kataloniya Qran-prisinin qalibi olub.

BAKU.WS xəbər verir ki, ikinci yeri "Mercedes"in britaniyalı pilotu Corc Rassell tutub, üçüncü pillədə isə onun komanda yoldaşı qərarlaşıb.

Yeddiqat dünya çempionu Hemilton "Mercedes"dən "Ferrari"yə keçidindən sonra ilk qələbəsini qazanıb. O, ötən mövsüm podiuma yüksələ bilməsə də, cari mövsümdə iki dəfə ikinci, bir dəfə isə üçüncü olub.

41 yaşlı pilot "Formula-1" tarixində qələbələr (106), podiumlar (206) və poul mövqeləri (104) üzrə rekordunu daha da yaxşılaşdırıb.

Ümumi sıralamada "Mercedes" pilotu Kimi Antonelli 156 xalla liderliyini qoruyur. Hemilton 115 xalla ikinci, Rassell isə 106 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda isə "Mercedes" (262 xal) liderdir, onu "Ferrari" (190) və "McLaren" (141) izləyir.

Qeyd edək ki, çempionatın növbəti – 8-ci mərhələsi iyunun 26–28-də Avstriyada keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər