İranda Xameneinin dəfninin gecikməsinin səbəbi açıqlandı
İranda ABŞ və İsrailin fevralın 28-də endirdiyi hava zərbələri zamanı həlak olan ali dini lider Əli Xameneinin dəfn mərasiminin təxminən 100 gündən sonra keçirilməsi siyasi məqsədlərlə əlaqələndirilir.
BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı hərbi-siyasi ekspert Aleksandr Perenciyev "Komsomolskaya Pravda"ya açıqlamasında danışıb.
Onun fikrincə, İran hakimiyyəti Xameneinin dəfn mərasimini genişmiqyaslı siyasi tədbirə çevirməyi planlaşdırır. Ekspert hesab edir ki, mərasimin gecikdirilməsi həm daxili həmrəyliyi gücləndirmək, həm də ölkənin siyasi mövqeyini nümayiş etdirmək məqsədi daşıya bilər.
Məlumata görə, son aylarda İran mediası hərbi və siyasi xadimlərin dəfn mərasimlərini geniş işıqlandırsa da, Xameneinin dəfninin vaxtı və keçiriləcəyi məkan barədə rəsmi məlumat verilməmişdi.
Yalnız iyun ayında İran dövlət mediası mərasimin iyulun 4–9-da keçiriləcəyini açıqlayıb. Bildirilir ki, dəfn mərasimləri Tehranda başlayacaq və iyulun 9-da Məşhəd şəhərində başa çatacaq.
Oxşar xəbərlər
Ermənistanda seçkilərin nəticələri təsdiqlənib
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. BAKU.WS xəbər verir ki, hakim "Vətəndaş müqaviləsi" Partiyası 49...