Bakıda yaşayış binasında güclü yanğın olub

Bakıda yaşayış binasında güclü yanğın olub
Video
Hadisə 551

Hadisə ilə bağlı BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və

şaxtasında 15 p.m elektrik kabeli yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

***23:15

Bakının Nərimanov rayonu ərazisində yanğın baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, hadisə "Gənclik" metrostansiyası yaxınlığında yerləşən yaşayış binalarının birində baş verib.

Hadisənin görüntülərini təqdim edirik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Uşağına aliment ödəməyən qadın cəzalandırıldı

Uşağına aliment ödəməyən qadın cəzalandırıldı

Gəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Namazov 2011-ci ildə ailə həyatı qurub və 2014-cü...

0 Hadisə 11:40 21 noyabr 2026

Son xəbərlər