Estoniya Moldovada səfirlik açır
Yeniliklərdən dərhal xəbərdar olun
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Tsahkna "X" sosial şəbəkəsində yazıb.
"Təhlükəsizlik sahəsində ümumi çağırışlarımızı və Estoniya ilə Moldova arasında artan əməkdaşlığı müzakirə etmək üçün bu gün Kişineuda dostum və həmkarım Mihai Popşoyla görüşməyə şadam", - paylaşımda bildirilib.
Qeyd olunub ki, səfərin əsas məqsədi bu gün baş tutacaq Estoniyanın Moldovadakı səfirliyinin açılışıdır.
"Bu gün daha sonra biz ölkələrimizi daha da yaxınlaşdıracaq, eləcə də Moldovanın dayanıqlığının artırılması, onun islahatlarının və Avropa gələcəyinin dəstəklənməsi üzrə birgə işimizi gücləndirəcək Estoniya səfirliyini açacağıq", -Tsahkna qeyd edib.
Oxşar xəbərlər
ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu
ABŞ-nin şərq sahillərində güclü yağış və külək Şükran Günü tətilində elektrik enerjisinin verilişində və hava nəqliyyatında fasilələrə səbəb olub. 500 mindən ço...