Çində 2025-ci ildə 670-dən çox bank fəaliyyətini dayandırıb
Çində 2025-ci il ərzində 670-dən çox bankın fəaliyyətinə son verilib. Bunun nəticəsində ölkədə bankların ümumi sayı təxminən dörddəbir azalıb.
BAKU.WS xəbər verir ki, bankların böyük əksəriyyəti kənd yerlərində fəaliyyət göstərib. Bu addım kiçik maliyyə qurumlarına nəzarətin gücləndirilməsi və bank sektorunun konsolidasiyası çərçivəsində həyata keçirilib.
Mütəxəssislərin fikrincə, prosesin əsas məqsədləri tənzimləmənin sadələşdirilməsi və likvidliklə bağlı mümkün problemlərin qarşısının alınmasıdır.
Bank sektorundakı dəyişikliklər Çinin iqtisadiyyatında baş verən ümumi proseslərlə, o cümlədən daşınmaz əmlak bazarında əvvəlki sürətli artımın dayanması ilə eyni dövrə təsadüf edib.
Oxşar xəbərlər
Rusiyada laboratoriya əməkdaşının ölümü narahatlıq yaradıb
Rusiyanın İrkutsk vilayətində taunla mübarizə institutunda çalışan laboratoriya əməkdaşının naməlum mənşəli pnevmoniyadan ölməsi mümkün laboratoriya qəzası və y...