Əraqçi: Regionun təhlükəsizliyi İran nəzərə alınmadan təmin edilə bilməz
Yeniliklərdən dərhal xəbərdar olun
Regionda davamlı təhlükəsizlik və sabitliyin təmin olunması İranın maraqları nəzərə alınmadan mümkün deyil.
BAKU.WS xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ictimai fəalları ilə keçirdiyi görüşdə bildirib.
Nazirin sözlərinə görə, son müharibə göstərib ki, regional təhlükəsizlik konsepsiyası İranın proseslərdən kənarda saxlanılması üzərində qurula bilməz.
"Son müharibənin təcrübəsi bir daha sübut etdi ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması hesabına təmin oluna bilməz", – deyə Əraqçi vurğulayıb.
O əlavə edib ki, bölgədə iqtisadi inkişafın və uzunmüddətli sabitliyin əldə olunması yalnız bütün region ölkələrinin ortaq maraqlarının nəzərə alındığı əməkdaşlıq mühitində mümkündür.
Oxşar xəbərlər
Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI
2025-ci ildə dünya üzrə kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirlər 1,6 trilyon dollar təşkil edib. ABŞ və Braziliya qlobal bazarın əsas ixra...