8 noyabr prospektində xanım sürücü ilə taksi sürücüsü arasında GƏRGİNLİK - Üzr istədi

8 noyabr prospektində xanım sürücü ilə taksi sürücüsü arasında GƏRGİNLİK - Üzr istədi
Foto
Hadisə 540

Jurnalist Ülviyyə Hüseynova sosial şəbəkə hesabında yol hərəkəti zamanı yaşadığı hadisə ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, jurnalist iki gün əvvəl 8 Noyabr prospektində hərəkətdə olarkən taksi sürücüsü tərəfindən işıq siqnalları ilə yol istənilib və ara məsafəsi saxlanılmadan təzyiq göstərilib. Xanım qeyd edib ki, sol zolaq boş olduğu halda sürücü davamlı siqnal verərək narahatlıq yaradıb.

Paylaşımda qeyd olunur ki, daha sonra tərəflər arasında mübahisə yaranıb və sürücü nalayiq ifadələr işlədərək xanım sürücünü təhqir edib. Ülviyyə Hüseynova hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.

Müraciətə operativ baxıldığını bildirən Ülviyyə Hüseynova həmin sürücünün bölməyə gətirildiyini və etdiyi hərəkətə görə üzr istədiyini qeyd edib.

"Ona cəmi bir sual ünvanladım: "Sol tərəfdə ötmək üçün zolaq boş olduğu halda, nədən dayanmadan mənə işıq siqnalı verirdiniz və ötüb keçmirdiniz?" Cavabı isə təəccüblü oldu: "Maşındakı sərnişinlər ailə idi, uşaqları nadinclik edib əsəblərimlə oynayırdı..." Görünür, sürücü əsəbi olduğu anlarda Azərbaycan Respublikasının qanunlarını və ən əsası, Azərbaycan xanımına qarşı hörmət hissini tamamilə unudubmuş", - Ülviyyə Hüseynova bildirib.

8 noyabr prospektində xanım sürücü ilə taksi sürücüsü arasında GƏRGİNLİK - Üzr istədi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər