53 yaşlı Özcan gənc həyat yoldaşından danışdı: "Tanış olanda 20 yaşında idi"

Müğənni Özcan Deniz şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, 52 yaşlı sənətçi qonaq olduğu layihələrdən birində gənc həyat yoldaşı Samar Dadqardan danışıb.
İfaçı Samarla tanış olanda onun 20 yaşı olduğunu deyib:
"Həyat yoldaşım Samar ilə ilk tanış olanda 20 yaşında idi. Uşaq idi. Kiçik idi. Onunla güzgünün qarşısında dayanıb "Bax olmaz" dedim. İndi olmaz dediyim xanım həyat yoldaşımdı"
Qeyd edək ki, Özcan Dənizin ilk evliliyi 1992-ci ildə Almaniyada Handan Dənizlə olub. Handan Dənizlə yollarını çoxdan ayırsa da, bu evlilik 2003-cü ildə rəsmi olaraq bitib.
Sənətçi 2018-ci il martın 8-də Feyza Aktan ilə ailə qurub. Onun bu evlilikdən Kuzey adlı oğlu dünyaya gəlib.
2019-cu ildə Feyza ilə Özcan boşanıb. O, 2023-cü il yanvarın 20-də iranlı model sevgilisi Samar Dadqar ilə evlənib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Tramp: Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar verə bilərik
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı vəziyyət fonunda Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən ke...