SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

BAKU.WS Report-a istinadən  xəbər verir ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

***11:01
Türkiyədə rəsmi səfərdə olan Baş nazir Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-la bağlı rəsmi dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
***11:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.
 
Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşü olacaq.
BAKU.WS