Türkiyə xalqının seçimi - Kılıçdaroğlu 11-ci dəfə Ərdoğana uduzdu
Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri məlum olub. Rəcəb Tayyib Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb.
Beləliklə, Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçilib. Bununla da, Ərdoğan namizəd olduğu hər seçkidə qalib gəlməklə adını tarixə yazdırıb. Ərdoğanın seçkilərdəki rəqibi Kamal Kılıçdaroğlu da tarixə düşüb. Onun tarixi nəaliyyəti isə daima Ərdoğana məğlub olmasıdır.
CHP sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana qarşı çıxdığı bütün seçkilərdə məğlub olub. Ərdoğana qarşı 13-cü seçkisində uduzan Kamal Kılıçdaroğlu kreslosunu tərk etməyəcəyini bəyan edib. Məğlubiyyətdən sonra mətbuat qarşısına çıxan Kılıçdaroğlu, “Getmirəm, burdayam”, - mesajını verib.
Buna qədər 29 mart 2009-cu il bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının namizədinə qarşı CHP-dən İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olub. İlk seçkini məhz hakim partiyaya qarşı uduzub.
12 sentyabr 2010-cu ildə keçirilən referendumda CHP-nin başqan namizədi olaraq Ərdoğanla yarışıb. Hakim partiya 57,8%, CHP isə 42,1% səs toplayıb.
Kılıçdaroğlu 12 iyun 2011-ci ildə də Ərdoğana seçkilərdə böyük fərqlə uduzub. Ədalət və İnkişaf Partiyası 49,95%, CHP isə 25,94 %-də qalıb.
30 Mart 2014-cü il bələdiyyə seçkilərində mənzərə oxşar oldu. Ərdoğan 45,60%, Kılıçdaroğlu isə cəmi 27,80% səs toplayıb.
10 avqust 2014-cü il prezident seçkilərində Ərdoğan mövcud səslərin 51,79 faizini, Kılıçdaroğlunun namizədi olaraq irəli sürdüyü Ekmələddin İhsanoğlu isə 38,44 faizini toplayıb.
Ərdoğan 7 iyun 2015-ci ildə keçirilən seçkilərdə aşkar qələbə qazanıb. Ədalət və İnkişaf Partiyası 40,87%, CHP isə 24,95% səs toplayıb.
16 aprel 2017-ci il referendumunda "hə" səsləri 51,41%, "xeyr" səsləri isə 48,58 faiz səviyyəsində qaldı.
24 iyun 2018-ci ildə keçirilən bələdiyyə seçkilərində Ərdoğan 52,59 faiz, CHP-nin namizədi isə 30,64 faiz səs toplayıb.
31 mart 2019-cu ildə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyası 44,33 faiz, Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP isə 30,12 faiz səs toplayıb.
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...