Ərdoğan, Kılıçdaroğlu və digər namizədlər səs veriblər - YENİLƏNİB - VİDEO

Ərdoğan, Kılıçdaroğlu və digər namizədlər səs veriblər - YENİLƏNİB - VİDEO
Siyasət 171

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib.

BAKU.WS xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Məlumat üçün bildirək ki, prezidentliyə namizəd Kemal Kılıçdaroğlu, həmçinin Cümhuriyyət Xalq Partiyasının Ankara Bələdiyyə Sədri Mansur Yavaş, eləcə də bu partiyanın İstanbul Bələdiyyə sədri Ekrem İmamoğlu, İYİ Partiyanın sədri Meral Akşener, ATA Blokundan prezidentliyə namizəd Sinan Oğan və digər siyasətçilər də artıq səs veriblər.

***11:24

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu prezident və parlament seçkilərində səs veriblər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, M. Çavuşoğlu Antalya, S. Soylu isə İstanbuldakı seçki məntəqəsində səs veriblər.

Onlar seçkilərin nəticəsinin xeyirli olacağına inamını ifadə edib və xalqın iradəsinə güvəndiklərini söyləyiblər.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri ilə keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Son xəbərlər