SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə qar yağmağa başlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl güclü qasırğasının gəlişi və şaxtaların olacağı ilə bağlı xəbərdarlıq edilmişdi.

Məlumata görə, gələn həftədən etibarən şəhərdə havalar istiləşəcək.

Daha əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, mayın 7-dən 9-dək bütün Mərkəzi Federal Dairə ərazisində şaxtalar gözlənilir. Gecələr temperatur 3-6 dərəcə aşağı enəcək. O, həmçinin Moskva, Yaroslavl və Kostroma vilayətlərində zəif qar yağacağı barədə xəbərdarlıq edib.

BAKU.WS