- 70 dərəcədə yaşanan həyat - VİDEO

- 70 dərəcədə yaşanan həyat - VİDEO
Video
Siyasət 7

Antarktidada Rusiyanın "Vostok" stansiyasında yeni qışlama kompleksi istifadəyə verilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, kompleksin istifadəyə verilməsi mərasimində Rusiya prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko videokonfrans vasitəsilə iştirak ediblər.

“Vostok” stansiyasının ümumi sahəsi təxminən 3000 kvadratmetrdir.

Yeni kompleksdə elmi laboratoriyalar, qütb tədqiqatçıları üçün yaşayış və ictimai yerlər, enerji mərkəzləri və suyun təmizlənməsi və saxlanması sistemi üçün texniki bölmələr, həmçinin qaraj yerləşir.

Stansiya qışlama dövründə 35 mövsümi mütəxəssis və 15 nəfərə qədər işçi qəbul edə və tədqiqat işləri apara biləcək.

Qeyd edək ki, "Vostok" stansiyası Rusiya Federasiyasına məxsus stansiyadır və Antarktidada yalnız rusların çalışdığı yeganə elmi-tətqiqat stansiyasıdır. "Vostok" stansiyasının adı 1819-1821 ci illərdə Antarktik ekspedisiya gəmilərindən birinin adından götürülmüşdür. Bu nadir stansiya Sovetlər İttifaqının dövründə 1957-ci ilin dekabr ayında yaradılmışdır.

"Vostok" stansiyası 3700m -dən çox olan buzun üstündə yerləşir. İqlim şəraiti Yerdə ən ağır şəraitdə olan bir stansiyadır. Daima güclü şaxtalar hökm sürür. Təsadüfi deyilki burada dünyanın ən aşağı temperaturu qeydə alınıb.

Vostok stansiyasında ən aşağı temperatur 21-ci əsirdə 2004-cü ildə (həmçinin bu temperatur 1983-ci il 20 ilyul) -89.2 dərəcə qeydə alınmışdır. İnanılmaz olsada ən yüksək temperatur 1957-ci ilin 16 dekabrında -13,6 dərəcə şaxta qeydə alınmışdır. Stansiyada çox vaxt -60-70 dərəcə qeyd alınır.

Son xəbərlər