Moskvada hava xəbərdarlığı - Qarın hündürlüyü…

Moskvada hava xəbərdarlığı - Qarın hündürlüyü…
Siyasət 91

Yaxın günlərdə güclü qar yağması səbəbindən Rusiyanın paytaxtı Moskvada qarın hündürlüyü 7-10 santimetr artacaq.

BAKU.WS xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

Belə ki, şəhərdə fevralın 15-nə keçən gecədən başlayaraq bəzi yerlərdə güclü qar yağmağa başlayıb. Sinoptiklərin məlumatına görə, qar by gün və sabah günün birinci yarısına qədər davam edəcək.

Ümumilikdə, aylıq yağıntının ən azı 20 faizi Moskvaya düşəcək.

Son xəbərlər