İstanbula hava xəbərdarlığı - Temperatur aşağı düşəcək, QAR YAĞACAQ

İstanbula hava xəbərdarlığı - Temperatur aşağı düşəcək, QAR YAĞACAQ
Siyasət 236

Türkiyənin İstanbul şəhərinə hava xəbərdarlığı olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər, həftə sonu Balkan yarımadasından gəlməsi gözlənilən soyuq və yağışlı havanın təsiri altına düşəcək. Nəticədə İstanbulun çöl və yüksək seqmentlərində sulu qar və arabir qar yağacaq.

Məlumata görə, şənbə günü günortadan etibarən temperatur 8-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağışlar yağacaq. Bazar günü səhərədək müşahidə olunacaq yağıntının şəhərin kənd və yüksək ərazilərində sulu qar, arabir qar şəklində təsirli ola biləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, İstanbulda bu gün havanın temperaturu 17 dərəcəyə qədər yüksələcək. Hava əsasən buludlu olacaq. Aarabir az yağış yağacağı ehtimalı var.

Son xəbərlər