İstanbulda sel həyatı iflic etdi: Ölənlər var - VİDEO

İstanbulda sel həyatı iflic etdi: Ölənlər var - VİDEO
Video
Siyasət 0

Türkiyənin İstanbul şəhərində yağan leysan yağışlar ciddi fəsadlar törədib.

Leysan nəticəsində küçələri su basıb.

Güclü yağışlar nəticəsində Başakşehir rayonunun bəzi yerlərdə suyun səviyyəsi rekord səviyyədə qalxıb.

Nəticədə evlərin birinci mərtəbəsini su basıb, nəqliyyat vasitələrini yağış suları aparıb. Yerli hakimiyyət sakinləri evdə qalmağa çağırıb.

Qeyd edək ki, İstanbul Valiliyi Başakşehir və Küçükçekmecedə sel sularında iki nəfərin həyatını itirdiyini açıqlayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində daha beş nəfər xəsarət alıb.

Zərərçəkmişlər təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Son xəbərlər