Türkiyədə zəlzələdə 2 nəfər həyatını itirdi, 68 nəfər yaralandı - VİDEO - YENİLƏNİB

Türkiyədə zəlzələdə 2 nəfər həyatını itirdi, 68 nəfər yaralandı - VİDEO - YENİLƏNİB
Foto Video
Siyasət 1277

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2-yə, yaralanların sayı isə 68-ə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***12:00

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə baş verən zəlzələdən sonra vəziyyət açıqlanıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Düzcedə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 olmaqla ümumilikdə 50 nəfər yaralanıb.

Həmçinin Düzce Çay Məhəlləsində yaşayan 63 yaşlı Sevim Çengel zəlzələdən sonra təlaşa düşüb və infarkt nəticəsində həyatını itirib.

***08:37

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

***07:40

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb:

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur.

Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

Son xəbərlər