Moskvada ilin ən isti günü qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Bazar günü səhər Moskvada hava 30,2 dərəcəyə qədər isinib ki, bu da Rusiya paytaxtında ilin əvvəlindən bəri ən yüksək temperatur olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə avqustun 6-da Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
Meteoroloqun sözlərinə görə, bundan əvvəl 2023-cü ilin ən isti günü iyulun 6-da olub. O zaman hava 29,1 dərəcəyə qədər isinib.
Bununla yanaşı, sinoptik havanın temperaturunun yüksəlməkdə davam etdiyini və buna görə də yaxın saatlarda yalnız daha da isti olacağını vurğulayıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...