Moskvada yeni temperatur rekordu qeydə alınıb

Moskvada yeni temperatur rekordu qeydə alınıb
Siyasət 305

Rusiya paytaxtında yeni temperatur rekordu qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Moskvada 1-dən 2-nə keçən gecə +6,2 dərəcə istilik qeydə alınıb.

Bu göstərici hava temperaturunun müşahidəsi tarixində yanvarın 2-si üçün maksimum olub.

Yanvarın 1-də Moskvada hava +4,5 dərəcəyə qədər istiləşib və bununla da yarım əsr əvvəlki rekordu yeniləyib. Belə ki, 1 yanvar tarixi üçün əvvəlki rekord 1973-cü ildə qeydə alınıb, o zaman havanın temperaturu +4,2 dərəcə olub.

Sinoptiklər həftə sonundan havanın temperaturunun kəskin dəyişəcəyini, -20 dərəcədən aşağı düşəcəyini bildiriblər.

Oxşar xəbərlər

Çexiyada havanın temperaturu 19,6 dərəcəyə yüksəlib

Çexiyada havanın temperaturu 19,6 dərəcəyə yüksəlib

Çexiyada havanın temperaturu 19,6 dərəcəyə qalxıb. BAKU.WS xəbər verir ki, bu, 300 illik meteoroloji müşahidələr tarixində yanvar ayı üçün rekord göstəricidir....

90 Siyasət 08:55 02 yanvar 2023

Son xəbərlər