Moskvada 143 illik rekord yeniləndi
12
noy
2022
16:35
Rusiyanın Moskva şəhərində hava 9,6 dərəcəyə qədər istiləşib.
BAKU.WS "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Moskva meteoroloji bürosu məlumat yayıb.
“Noyabrın 12-nə olan temperatur rekordu bütün 143 illik meteoroloji müşahidələr tarixində yenilənib”, - deyə qeyd edilir.
Moskva üçün əvvəlki rekord 2010-cu il noyabrın 12-də, paytaxtda havanın temperaturunun 9,3 dərəcəyə qədər qalxdığı vaxtda müəyyən edilib.
Sinoptiklərin fikrincə, havanın 11-12 dərəcəyə kimi isti olacağını proqnozlaşdırırlar.
Qeyd edilib ki, Moskvada 1879-cu ildən davamlı meteoroloji müşahidələr aparılır.
Oxşar xəbərlər
Avropada isti hava rekord göstəriciyə səbəb olub
Avropanı bürüyən isti hava dalğası iyun ayında bir neçə temperaturun rekord həddə artmasına səbəb olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bəzi yerlərdə t...