Azərbaycanda məhdud sayda istifadə olunan "sürətlər kralı"
MiQ-25 qırıcısı "dünyanın ən sürətlisi" adlandırılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yapon hərbi analitiki Mori Kentaro "Yahoo News Japan"dakı bloqunda yazıb ki, MiQ-25 hələ də yüksək sürətli hərbi qırıcılar arasında dünyada "bir nömrədir".
Məqalədə deyilir ki, qırıcı 1962-ci ildə 80 kilometr radiuslu 500 kilometrlik marşrutda orta saat sürəti 2981.5 km-ə çataraq dünya rekordu qoyub. Ancaq əvvəlki kimi o rekordu heç kim keçə bilməyib.
Qeyd olunur ki, MiQ-25 Sovet İttifaqında 1960-cı illərdə ABŞ-da yaradılan "3M sinifli" hərbi təyyarələrə qarşı istehsal edilib. Bunlara A-12 (SR-71 Blackbird) kəşfiyyat və XB-70 strateji bombardmançı təyyarələri daxildir.
Müəllif mühaəndislərin qırıcının sürət yığması zamanı həddindən artıq yüksək temperatur problemini həll edə bildiklərini, alüminium ərintilərindən fərqli olaraq temperatur və gücə böyük müqavimət göstərən xüsusi polad ərintilər yaratdıqlarını vurğulayıb.
Bundan əlavə, MiQ-25 qalxma sürəti rekordu vurub. Maksimum çəkmə gücü ilə 35.000 metr yüksəkliyə təyyarə 4 dəqiqə 11 saniyəyə çatıb. Həmçinin üzərində böyük radar və vurma məsafəsi 80 kilometrə qədər olan dörd raket quraşdırılıb.
Məqalənin sonunda ekspert, MiQ-25-in qürurla "sürət kralı" olaraq 50 ildir podiumun ən yüksək pilləsini tutduğunu qeyd edib.
Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Rusiya və Azərbaycan tərəfindən istifadə olunmağa davam edilən MiQ-25 hələ də bu iki ölkənin arsenalında məhdud sayda da olsa istifadə olunur.
Oxşar xəbərlər
Tramp İranı 2 trilyon dollarlıq yeni silahla hədələdi
ABŞ Prezidenti Donald Tramp İran hücum edəcəyi təqdirdə bu ölkəni 2 trilyon dollar xərc sayəsində başa gəlmiş yeni silahla vurmaqla hədələyib. BAKU.WS APA-ya is...