Soçidə insanlar qırılan aktraksionda qaldılar - FOTO

Soçidə insanlar qırılan aktraksionda qaldılar - FOTO
Siyasət 143

Rusiyanın Soçi şəhərində parklardan birində atraksion qırılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, insanlar təxminən 7 dəqiqə "Kvant sıçrayışı" adlı attraksionun üstündə qalıblar. Daha sonra onlara yardım göstərilib.

Parkın mətbuat xidmətindən verilən məlumata görə, əyləncə parkının fəaliyyətini dayandırılıb.

Soçidə insanlar qırılan aktraksionda qaldılar - FOTO

"Parkın əməkdaşları təhlükəsizlik qaydaları çərçivəsində dəqiq və operativ hərəkət etdilər, təhlükəsizlik qaydalarına uyğun olaraq eniş bir neçə dəqiqə çəkdi", - parkın mətbuat xidmətindən bildirilib.

Park 2023-cü ilin qışında təmir işlərindən sonra açılıb. Bu, Rusiyada saatda 105 kilometr sürət əldə edə bilən yeganə çevrilmiş bumeranqdır.

Bir gün əvvəl, mayın 5-də də Krasnodar vilayətinin Eysk şəhərində üç uşaq attraksionda sürüşərkən yaralanmışdı. Nəticədə, bir oğlan xəstəxanaya yerləşdirilib, iki qız kiçik isə müəyyən bədən xəsarətləri ilə xilas olub.

Son xəbərlər