Batumidə FACİƏ: uşaq attraksionda öldü

Batumidə FACİƏ: uşaq attraksionda öldü
Siyasət 175

Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi şəhərində uşaq bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hadisə Batumi bulvarında, Ardaqani gölü yaxınlığında baş verib.

Qəfil güclənən külək iki uşağın olduğu batutu uçurub.

Hadisə şahidlərinin sözlərinə görə, attraksion təxminən 150 metr aralıda yerə düşüb.

Attraksionda olan uşaqlardan biri ölüb, digəri isə müxtəlif bədən xəsarətləri alaraq xilas olub.

Son xəbərlər