SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur aktrisa və müğənni Serpil Çakmaklı illər əvvəl xəyanətə uğradığını etiraf edib.

BAKU.WS xəbər verir ki, Gökay Kalaycıoğlu yutub layihəsinə qonaq olan aktrisa ərinin ona dostunun evində xəyanət etdiyini bildirib:

"Mən güclü insan olduğum üçün cəmi 1 ya da 2 gün kədərlənirəm. Çox duyğusalam. Gördüyüm hadisə həzm edə bilməyəcəyim birşeydirsə nə qədər sevsəm də onu həyatımdan çıxarıram. Həyatında bir daha olmuram. Xəyanəti gözlərimlə gördüm özü də dostunun evində...".

"Yeşilçam" ulduzunun bu etirafı sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Xatırladaq ki, Serpil Çakmaklı ilk dəfə 16 yaşında yəni, 1978-ci ildə model Mert Çakmaklı ilə evlənib. Onlar sadəcə 6 ay evli qalıblar. Aktrisa ikinci dəfə 1990-cı ildə iş adamı Can Apa ilə ailə qurub. Bu evlilik də iki il çəkib.

Üçüncü dəfə isə 1993-cü ildə evlənib. Aktrisa həmkarı Yalçın Dümer ilə ailə qurub. İki il sonra Serpil bu həyat yoldaşından da boşanıb.

Cütlüyün bu evlillikdən Merve adlı bir qızları dünyaya gəlib.

BAKU.WS