Məşhur model kommunal xərclərini ödəmək üçün şəkillərini satır - FOTO
"Yeşilçam"ın məşhur aktrisası Serpil Örümcer maddi çətinlik çətir.
BAKU.WS xəbər verir ki, "Bayan Bacak" ləqəbli aktrisa kommunal xərclərini ödəmək üçün fotolarını internetdə satır.
O instaqram hesabında video paylaşaraq bunları qeyd edib:
"Maddi gəlirimi təmin etmək üçün bu şəkillərimi 200 lirəyə (təxminən 11 AZN) satıram. Bununla kommunal xərclərimi ödəmək istəyirəm. Əgər mənə maddi yardım etsəniz sizə imzalı formada şəklimi göndərəcəm. Hamınıza təşəkkür edirəm. Allah sizdən razı olsun".
Aktrisanın bu videosu sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib. İzləyicilərin böyük əksəriyyəti Serpil Örümcerin bu acınacaqlı vəziyyətinə kədərləniblər.
Onlar "Ölkəmizin aktrisanın vəziyyətinə baxın", "Sənət dünyasına sahib çıxın", "Aktrisalarımız üçün ayağa qalxmalıyıq" kimi sözlər yazaraq Serpilə dəstək olublar.
Xatırladaq ki, Serpil Örümcer əvvəllər katibə işləyib. Daha sonra qatıldığı gözəllik yarışmasında finala qalıb. O 1970-ci illərdə "Bayan Bacak" ləqəbi ilə tanınan məşhur model olub. Daha sonra aktrisalıq fəaliyyətinə başlayıb.
Qalereya
Oxşar xəbərlər
Engin və Dilan Polat cütlüyünün gözəllik mərkəzləri nəzarətə götürüldü
Çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə gündəmə gələn Engin və Dilan Polat cütlüyünə qarşı başladılan istintaqın ardından Türkiyə daxilində...