Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Foto
Hadisə 88

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib.

1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüyü bildirilir.

Ağır vəziyyətdə olan C.Nəzərli təcili tibbi yardım maşını ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. O, bir neçə gün komada qalıb.

Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. C.Nəzərli bu gün xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər