Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi"
Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərən şəhidlərimizdən biri də Qəzənfər Mütəllimovdur. O, yaralı hərbçilərin döyüş meydanından təxliyəsində iştirak edərək bir çox silahdaşının həyatının xilas olunmasına kömək edib.
Şəhidin həyat yoldaşı Zöhrə Mütəllimovanın sözlərinə görə, onun göstərdiyi fədakarlıq barədə ailə sonradan döyüş yoldaşlarından və xilas etdiyi qazilərdən dəfələrlə eşidib:
"Döyüş yoldaşları danışırlar ki, güllə yağışı altında belə öz canını düşünmədən yaralıları xilas edirdi. Bir dəfə xəstəxanada qarşılaşdığım qazi də mənə dedi ki, onun və bir çox döyüşçünün həyatını Qəzənfər xilas edib".
Şəhidin həyat yoldaşı qeyd edib ki, Qəzənfər Mütəllimov ailəsinə müharibəyə getdiyini əvvəlcədən deməyib və Beyləqana təlimə yollandığını bildirib. Yola düşərkən özü ilə ailəyə məxsus termosu da götürüb. Termosun üzərində "Cəbrayıl" sözünün yazılması isə sonradan ailə üçün xüsusi məna daşıyıb.
"Haradan bilərdim ki, onu müharibəyə yola salıram və elə Cəbrayıl uğrunda döyüşlərdə şəhid olacaq. Cəbrayılı azad edən igidlərdən biri də Qəzənfər oldu", - deyə o söyləyib.
Z.Mütəllimova övladlarının gələcəkdə atalarının adı ilə fəxr etməsinin ən böyük arzusu olduğunu vurğulayıb: "Mənim üçün ən böyük qələbə odur ki, onlar böyüyəndə "biz şəhid Qəzənfər Mütəllimovun qızlarıyıq" desinlər və ataları ilə hər zaman fəxr etsinlər".
Oxşar xəbərlər
Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, heyvanla rəhmsiz rəftar e...