71 yaşlı "Yeşilçam" gözəli imkansızlıqdan mahnılarını satır - FOTO
"Yeşilçam" filmlərinin məşhur aktrisası Serpil Örümcer maddi durumu səbəbilə bu dəfə mahnılarını satışa çıxarıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Bayan Bacak" ləqəbli Serpil mahnılarından ibarət bir "CD"sini 300 lirə (təxminən 15 manat 84 qəpik) satır.
O sosial şəbəkədə paylaşıldığı görüntülərdə bu barədə məlumat verib:
"Mən 1970-ci illərin sənətçi və aktrisası Serpil Örümcerəm. Bəzi ehtiyaclarımı qarşılamaq və borclarımı qaytarmaq üçün keçmiş mahnılarımdan ibarət "CD"lərimi satışa çıxarmışam. Əgər istəsəniz imzalı olaraq ünvanınıza göndərə bilərəm.
İndidən hər kəsə təşəkkür edirəm. Hər birinizə sevgi və hörmətlərimi çatdırıram".
Qeyd edək ki, 71 yaşlı Serpil Örümcer 1967-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında qalib olub.
Oxşar xəbərlər
Məşhur model kommunal xərclərini ödəmək üçün şəkillərini satır - FOTO
"Yeşilçam"ın məşhur aktrisası Serpil Örümcer maddi çətinlik çətir. BAKU.WS xəbər verir ki, "Bayan Bacak" ləqəbli aktrisa kommunal xərclərini ödəmək üçün fotola...