ING Türkiyə lirəsinin 2026-cı ilədək rekord həddə ucuzlaşacağını proqnozlaşdırır
Niderlandın "ING Group"u 2025-ci ilin sonunda Türkiyənin milli valyutasını ABŞ dollarına nisbətdə 40 lirəyə düşəcəyini proqnozlaşdırır.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda deyilir.
Hesabata əsasən, 2023-cü ilin üçüncü rübündə USD/TRY məzənnəsi 28,50 lirə, dördüncü rübündə isə 30 lirə təşkil edəcəyi gözlənilir.
ING-nin analitikləri lirənin daha da ucuzlaşacağını proqnozlaşdırırlar. Belə ki, 2024-cü ilin birinci rübündə USD/TRY üzrə proqnoz 31,19 lirə, ikinci rübündə - 32,56 lirə, üçüncü rübündə - 34,16 lirə, dördüncü rübündə isə - 36 lirə təşkil edir.
Qeyd edək ki, Almaniyanın "Deutsche Bank" 2023-cü ilin sonu üçün USD/TRY məzənnəsi üzrə proqnozunu 27 lirədən 32 lirəyə yüksəldib. Bank analitikləri 2024-cü ilin sonu üçün proqnozunu 35 lirə olaraq açıqlayıb.
Böyük Britaniyanın HSBC bankı da USD/TRY üzrə proqnozunu 27 lirədən 29 lirəyə yüksəldib. Bank strateqləri inflyasiya gözləntilərinə istinad edərək 2024-cü il üçün məzənnəni 32 lirə səviyyəsində təxmin edirlər.
2022-ci ildə Türkiyədə inflyasiya 64 %, USDTRY məzənnəsi 18,70 lirə təşkil edib. Bu gün türk lirəsinin dollara nisbəti 27,0383 səviyyəsində olub.
Oxşar xəbərlər
OPEC qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, cari...