Rusiyanın Almaniyakı səfiri də XİN-ə çağrıldı
Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirinin səlahiyyətlərini icra edən şəxsi XİN-ə çağırıb.
Bu barədə TASS yazıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya səfiri iddia edilən haker hücumu ilə əlaqədar quruma dəvət olunub.
Buna qədər Rusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyini əsassız yerə “anti-Rusiya psixozunu” qabartmamağa çağırıb, həmçinin rəsmi Moskvaya qarşı ittihamların absurd və saxta olduğunu qeyd edib.
Kelin Britaniya Xarici İşlər Nazirliyinə Krallığın ərazisində Rusiya Federasiyası tərəfindən təşkil edilmiş düşmənçilik fəaliyyəti ilə bağlı əvvəllər irəli sürülən ittihamlar fonunda çağırılıb.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...