SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna ölkə ərazisinin peyk çəkilişlərini məhdudlaşdırmaq qərarına gəlib və buna cavabdeh olan şirkətlə danışıqlara başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin teleqram kanalında yer alıb.

Nazir müavini Yekaterina Çernorenkonun sözlərinə görə, Ukrayna ərazisinin təsvirləri “düşmən tərəfindən istifadə oluna bilər”, ona görə də riskləri minimuma endirmək üçün peykdən çəkilən görüntülər məhdudlaşdırılmalıdır.

Agentlik danışıqların davam etdiyi şirkətin adını açıqlamasa da, qeyd edilir ki, o, hazırda dünyada yeganə şirkətdir ki, hər gün 3-5 m təsvir ölçüsündə Yerin bütün səthini çəkir.

Bundan əlavə, Müdafiə Nazirliyi münaqişə zamanı kosmik kəşfiyyatı qadağan edəcək beynəlxalq hüquqi mexanizmlər hazırladıqlarını bəyan edib.

BAKU.WS